...

Müezzinoğlu: Hazırda 24 ağır yaralı var

Hadisə Materials 12 May 2013 16:06 (UTC +04:00)
Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu Reyhanlıda baş vermiş partlayışla bağlı mətbuata məlumat verib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi xəbərdə deyilir ki, partlayışın ilk anından indiyədək 155 yaralı tibbi yardıma müraciət edib.
Müezzinoğlu: Hazırda 24 ağır yaralı var

Azərbaycan, Bakı, 12 may /Trend/

Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu Reyhanlıda baş vermiş partlayışla bağlı mətbuata məlumat verib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi xəbərdə deyilir ki, partlayışın ilk anından indiyədək 155 yaralı tibbi yardıma müraciət edib.

Müezzinoğlunun sözlərinə görə, 55 yaralının müalicəsi hələ də davam edir.

"Bunların 48-i Türkiyə, 7-i Suriya vətəndaşıdır. 55 yaralının müalicəsi Hatayda, digərlərininki isə başqa əyalətlərdə davam etdirilir" - deyə Müezzinoğlu bildirib.

Onun sözlərinə görə, Hataydakı 9 yaralıdan 1-nin vəziyyəti ağırdır: "Universitet xəstəxanasındakı 7 yaralıdan da 1-nin vəziyyəti ağırdır. Dövlət xəstəxanadakı yaralılardan 3-ü Suriya vətəndaşıdır. Onların müalicəsi üçün bütün tədbirlər görülür. Yaralılardan 2-i Ankarada, 1-i İstanbulda, 2-i Adanada, 1-i Qaziantepdə müalicə edilir".

Nazir deyib ki, hazırda 24 ağır yaralı var.

"Həyati təhlükəsi olanların sayı isə 2-dir" - deyə Müezzinoğlu əlavə edib.

Xəbər lenti

Xəbər lenti