...

İranın Şiraz şəhərindəki zəlzələdə 12 nəfər yaralanıb

Hadisə Materials 13 May 2013 10:58 (UTC +04:00)
İranın Fars əyalətinin Şiraz şəhərində baş vermiş zəlzələ nəticəsində 12 nəfər yaralanıb.
İranın Şiraz şəhərindəki zəlzələdə 12 nəfər yaralanıb

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir T.Cəfərov/

İranın Fars əyalətinin Şiraz şəhərində baş vermiş zəlzələ nəticəsində 12 nəfər yaralanıb. Bunu Fars əyalətinin Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Kamran Firuzi deyib. Trend-in məlumatına görə, bu barədə İSNA xəbər agentliyi məlumat verir.

Firuzinin sözlərinə görə, 12 nəfərdən beşinin vəziyyəti ağır olduğundan onlar xəstəxanaya yerləşdiriliblər.

Bu gecə İranın Fars əyalətinin Şiraz şəhərində 4,4 bal gücündə zəlzələ baş verib.

Qeyd edək ki, mayın 11-də də İranın Hörmüzqan əyalətinin Başaqard şəhərində 6,2 bal gücündə baş verən zəlzələ nəticəsində 70 kəndə ziyan dəyib, 1 nəfər ölüb və 17 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti