...

Naftalanda 50-yə yaxın yaşayış evini su basıb

Hadisə Materials 20 May 2013 18:05 (UTC +04:00)
Trend EL TV-yə istinadən xəbər verir ki, iki saata yaxın aramsız yağan yağış səbəbindən Naftalan çayı məcrasından çıxıb və nəticədə şəhərin aşağı hissəsində olan fərdi təsərrüfatlar sel suları altında qalıb. 50-yə yaxın yaşayış evini su basıb.
Naftalanda 50-yə yaxın yaşayış evini su basıb

Azərbaycan, Bakı, 20 may /Trend/

Güclü küləklə müşayiət olan yağış Naftalan şəhərində də ciddi problemlər yaradıb.

Trend EL TV-yə istinadən xəbər verir ki, iki saata yaxın aramsız yağan yağış səbəbindən Naftalan çayı məcrasından çıxıb və nəticədə şəhərin aşağı hissəsində olan fərdi təsərrüfatlar sel suları altında qalıb. 50-yə yaxın yaşayış evini su basıb.

Sel suları şəhərin yol təsərrüfatına da ciddi ziyan vurub. Yollar tamamilə yararsız hala düşüb.

Sakinlərin sözlərində görə, son 2-3 ildir ki, yaz yağışları ən çox şəhərin sol hissəsindəki el arasında "Saxalin" və "Qasımbəyli" adlanan məhəllələrə ciddi ziyan vurur.

Onlar sel sularının bu əraziləri basmasının səbəbini əsas suötürücü qovşağın olmaması ilə əlaqələndirirlər. Şəhərin bir hissəsində olan 200 metrdən artıq istinad divarları uçub. Fərdi təsərrüfatlarda, sakinlərə məxsus bostan və bağ təsərrüfatlarındakı bitkilər tamamilə məhv olub.

Şəhər ərazisinə elektirik enerjisinin verilməsində uzunmüddətli fasilələr yaranıb. Hazırda şəhər Fövqəladə Hallar Komissiyası fəsadların aradan qaldırılması üçün əraziyə texnika və canlı qüvvə cəlb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti