Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İzzət/
Ötən gün gecə saatlarında Tovuz rayonunda qəza baş verib.
Trend Türkel TV-yə istinadən bildirir ki, rayonun Qaziqulu kənd sakini 22 yaşlı Asif Tağıyev idarə etdiyi "Nissan X-Trail" markalı avtomaşını sürətlə idarə edərkən yol kənarında yerləşən banklardan birinə çırpıb.
Nəticədə avtomobil binanın içərisinə girib. Hadisə zamanı xəsarət alan olmasa da, maşına və bankın binasına ciddi ziyan dəyib.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.