...

Bakı sakinindən tapança tapıldı

Hadisə Materials 3 İyun 2013 13:51 (UTC +04:00)
Baki şəhər sakinindən “Makarov” tipli tapanca götürülüb.
Bakı sakinindən tapança tapıldı

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İzzət/

Baki şəhər sakinindən "Makarov" tipli tapanca götürülüb.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Baki şəhər sakini, əvvəllər məhkum olunmuş Xanəli Aslanovdan sandıqçasında 8 ədəd patronu olan "Makarov" tipli tapanca götürülüb.

Hazırda silahın haradan əldə edilməsi və onun törədilmiş hansısa cinayətdə istifadə edilib-edilməməsinə dair araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti