...

Bakıda partlayış baş verib (FOTO)

Hadisə Materials 17 İyun 2013 01:13 (UTC +04:00)
Bazar günü saat 22:45 radələrində Bakının Sabunçu rayonunun Zabrat-3 qəsəbəsində partlayış baş verib.
Bakıda partlayış baş verib (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir H.Vəliyev/

Bazar günü saat 22:45 radələrində Bakının Sabunçu rayonunun Zabrat-3 qəsəbəsində partlayış baş verib.

Polis əməkdaşının Trend-ə verdiyi məlumata görə, mərkəzi yolun yaxınlığındakı kafedə qaz balonu partlayıb.

Yanğın hazırda hadisə yerinə gəlmiş Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Partlayış nəticəsində yaranmış yanğın elektrik xətlərinə ziyan vurub, nəticədə qəsəbə sakinləri işıqsız qalıb.

Hazırda elektrik enerjisinin verilməsi bərpa olunub.

Partlayış nəticəsində zərərçəkən yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti