...

İranın Gilan əyalətində Azərbaycan vətəndaşı həbs olunub

Hadisə Materials 23 İyun 2013 11:52 (UTC +04:00)
İranın Gilan əyalətinin Astara şəhərində Azərbaycan vətəndaşı həbs olunub. Onun üzərindən 9340 ədəd qanunsuz dərman preparatı götürülərək müsadirə olunub.
İranın Gilan əyalətində Azərbaycan vətəndaşı həbs olunub

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir T.Cəfərov/

İranın Gilan əyalətinin Astara şəhərində Azərbaycan vətəndaşı həbs olunub. Onun üzərindən 9340 ədəd qanunsuz dərman preparatı götürülərək müsadirə olunub.

Trend FARS agentliyinə istinadən məlumat verir ki, bunu İranın Gilan əyalətinin Sərhəd Qoşunları komandiri Yusif Mütəzəvi deyib.

Mürtəzəvi həmçinin bildirib ki, həsb olmuş Azərbaycan vətəndaşından qaçaq xarici siqaret də götürülüb.

Onun sözlərinə görə, həbs olmuş Azərbaycan vətəndaşı haqda cinayət işi qaldırılıb.

Qeyd edək ki, həbs olmuş şəxsin kimliyi haqqında məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti