Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İ.İzzət/
Təxminən bir ay bundan əvvəl Bakıda minik avtomobilini qaçıran Daşkəsən sakini Gəncədə yaxalanıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 13-ü saat 04 radələrində M.Rüstəmov küçəsində Bakı şəhər sakini Murad Davudova məxsus "Hyundai-Sonata" markalı avtomobil qaçırılıb. Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Daşkəsən rayon sakini Aygün Məmmədova iyulun 9-da avtomaşınla birlikdə Gəncə şəhərində tutulub.
Faktla bağlı araşdırma davam etdirilir.