...

Gəncədə 15 yaşlı yeniyetmənin qatili tutuldu

Hadisə Materials 15 İyul 2013 13:45 (UTC +04:00)
İyulun 13-də Gəncədə 15 yaşlı yeniyetmənin qatili həbs olunub.
Gəncədə 15 yaşlı yeniyetmənin qatili tutuldu

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İzzət/

İyulun 13-də Gəncədə 15 yaşlı yeniyetmənin qatili həbs olunub.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, hadisə şənbə günü axşam saat 21:30 radələrində şəhərin Fikrət Əmirov parkında baş verib. Hadisə zamanı naməlum şəxs və ya şəxslər tərəfindən 15 yaşlı Elgün Məmmədova mübahisə zəminində boğaz nahiyəsindən bıçaqla xəsarət yetirilib.

Ağır yaralanan yeniyetmə hadisə yerindən evlərinə getməyə çalışsa da, buna gücü çatmayıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Məlum olub ki, Elgün elə vurulduğu yerdəcə dünyasını dəyişibmiş. Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb.

Hüquq mühafizə orqanlarının əməkdaşları 15 yaşlı yeniyetməni öldürənlərin tapılması istiqamətində apardığı operativ əməliyyat-axtarış tədbirləri nəticəsini verib. Elgün Məmmədovu öldürməkdə şübhəli bilinən həmyaşıdı hadisədən bir neçə saat sonra gecə ikən hadisəni törətdiyi bıçaqla birlikdə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Təqsirləndirilən şəxs araşdırmaların davamı üçün istintaq orqanına - Gəncə şəhər prokurorluğuna təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti