...

Abşeronda 20 yaşlı gənc dənizdə batıb

Hadisə Materials 19 İyul 2013 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.İzzət/

Abşeronda 20 yaşlı gənc dənizdə bataraq boğulub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonu ərazisində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 2,5 km məsafədə, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Nurlan Teyyub oğlu Məmmədov batıb.

FHN-nin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuş və axtarışlara başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti