Azərbaycan, Bakı, 23 iyul /Trend/
Gün ərzində dənizdə batan 6 nəfər xilas edilib, kanalda batan iki nəfərin axtarışları isə davam edir.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xəzər rayonunda, "Sahil-1" və "Zuğulba-3" sularda xilasetmə məntəqələrinin ərazilərində dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 6 nəfər FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
Bundan başqa, Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində və Füzuli rayonu, Arayatlı kəndi ərazisindəki kanalda 2 nəfərin axtarışları aparılır. Axtarışlar dalğıc-xilasedicilər tərəfindən həyata keçirilir.