...

Göygöl rayonunda 13 kiloqramdan artıq çətənə kolları aşkarlanıb

Hadisə Materials 3 Avqust 2013 18:41 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Göygöl rayonunda becərilməsi qadağan olunan 13 kiloqramdan artıq xüsusi aqrotexniki qaydada qulluq göstərilmiş çətənə kolları aşkarlanıb.
Göygöl rayonunda 13 kiloqramdan artıq çətənə kolları aşkarlanıb

Azərbaycan, Bakı, 3 avqust / Trend /

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Göygöl rayonunda becərilməsi qadağan olunan 13 kiloqramdan artıq xüsusi aqrotexniki qaydada qulluq göstərilmiş çətənə kolları aşkarlanıb.

Narkotik tərkibli bitkini əkib-becərməkdə şübhəli bilinən rayon sakinini 3-cü dəfə məhkumluq həyatı gözləyir.

Rayon polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, əvvəllər iki dəfə oğurluq cinayətləri ilə məhkum olan Murad Hüseynovun bu dəfə də öz evinin həyətyanı sahəsində qadağan olunmuş çətənə kolları əkib becərdiyi aşkar olunub.

Məhkumun evində axtarış keçirilən zaman evinin qarajından istifadə üçün saxlanılan 129 qram qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Murad Hüseynov özü isə çətənə kollarını satış deyil, şəxsi istifadə məqsədilə əkdiyini bildirib.

Bildirək ki, bu, narkotik tərkibli məhsulların becərilməsi və saxlanması ilə bağlı son 10 gündə Göygöl Rayon Polis Şöbəsi tərəfindən qeydə alınan üçüncü faktdır.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti