...

Biləsuvarda xəstəxanada əməliyyat olunan xəstə üç gün sonra ölüb

Hadisə Materials 6 Avqust 2013 11:08 (UTC +04:00)
Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında əməliyyat olunan xəstə üç gün sonra dünyasını dəyişib.
Biləsuvarda xəstəxanada əməliyyat olunan xəstə üç gün sonra ölüb

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir İ.İzzət/

Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında əməliyyat olunan xəstə üç gün sonra dünyasını dəyişib.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, avqustun 5-də Biləsuvar rayonunda bədbəxt hadisə baş verib. Belə ki, Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında üzərində əməliyyat olunan xəstə dünyasını dəyişib.

Cəlilabad rayonunun Üçtəpə kənd sakini Məhəmmədhüseyn Məlikov öd kisəsindəki xəstəliklə bağlı Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Həmin xəstəliklə bağlı əməliyyat olunan Məhəmmədhüseyn Məlikovun əməliyyatı uğurla başa çatıb. Xəstə də özünü normal hiss edirmiş. Lakin əməliyyatdan üç gün keçdikdən sonra xəstəxananın dəhlizində gəzərkən Məlikov qəfildən huşunu itirərək yerə yıxılıb və dünyasını dəyişib.

Mərhumun qardaşı Cahanşah Məlikovun sözlərinə görə, qardaşı Məhəmmədhüseyn həkimlərin əməliyyatı düzgün etməməsi səbəbindən ölüb. Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin Biləsuvar rayon şöbəsindən ölüm faktı ilə bağlı verilən məlumata görə, əməliyyatdan çıxan Məhəmmədhüseyn Məlikov ağ ciyərində baş vermiş trombdan (qan laxtalanmasından) dünyasını dəyişib.

Qeyd edək ki, mərhum Məhəmmədhüseyn Məlikov ixtisasca rəssam olub və o, çox nadir hallarda rast gəlinən bitki toxumlarından müxtəlif növ portretlər, kompozisiyalar hazırlayırmış. Onun əl işləri ölkə miqyaslı sərgilərdə dəfələrlə nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti