...

Zaqatalada dələduzluq etdiyinə görə saxlanılan şəxsin külli miqdarda pul alması aşkarlanıb

Hadisə Materials 9 Avqust 2013 14:06 (UTC +04:00)
Zaqatalada dələduzluq etdiyinə görə saxlanılan şəxsin digər cinayətləri də müəyyən edilib.
Zaqatalada dələduzluq etdiyinə görə saxlanılan şəxsin külli miqdarda pul alması aşkarlanıb

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir M.Əliyev/

Zaqatalada dələduzluq etdiyinə görə saxlanılan şəxsin digər cinayətləri də müəyyən edilib.

Trend-in DİN-in saytına istinadən verdiyi məlumata görə, Zаqаtаlа RPŞ əməkdаşlаrı tərəfindən dələduzluq etdiyinə görə аvqustun 6-dа tutulmuş Vüsal Zeynalovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun, cari ilin aprel ayında Balakən rayon sakinləri Paşa Copsiyevin, Əhmədulla İsaqovun, Həvva Həsənovanın və Gülnaz Atayevanın etimadlarını qazanaraq, müvafiq olaraq onlardan dа 6000, 7000, 5000 və 5000 manat pul alması müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti