...

Səhiyyə Nazirliyi: Misirdə nümayişlərin dağıdılması nəticəsində ölənlərin sayı 525 nəfərdir (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 15 Avqust 2013 16:07 (UTC +04:00)
Misir ordusu tərəfindən keçmiş prezident Məhəmməd Mursi tərəfdarlarının nümayişlərinin dağıdılması nəticəsində ölənlərin sayı 525 nəfərə çatıb.
Səhiyyə Nazirliyi: Misirdə nümayişlərin dağıdılması nəticəsində ölənlərin sayı 525 nəfərdir (ƏLAVƏ OLUNUB)

Ölən və xəsarət alanlarla bağlı rəqəm dəyişdirilib (İlk xəbər 14:22-də yayılıb)

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir A. Tağıyeva/

Misir ordusu tərəfindən keçmiş prezident Məhəmməd Mursi tərəfdarlarının nümayişlərinin dağıdılması nəticəsində ölənlərin sayı 525 nəfərə çatıb. Trend-in "Əl-Cəzirə" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Misirin Səhiyyə Nazirliyi xəbər yayıb.

Daha əvvəl 421 nəfərin ölməsi barədə məlumat yayılıb. Misirin Səhiyyə Nazirliyində yaralıların sayının dəqiqləşdirldiyini vurğulayıblar.

Misir ordusu dünən səhərdən ölkənin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarlarının etiraz nümayişlərini dağıtmağa başlayıb.

Qeyri-rəsmi məlumata görə, Qahirənin Rabia Al-Adaviya meydanında keçirilən nümayişlərin dağıdılması zamanı indiyə qədər 1500-ə yaxın insan həyatını itirib, minlərlə insan isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti