...

Misirdə qarşıdurmalar zamanı ölənlərin sayı 120 nəfəri keçib

Hadisə Materials 17 Avqust 2013 10:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir A. Tağıyeva/

Misirin devrilmiş prezidenti Məhəmməd Mursi tərəfdarlarının nümayişlərinin ölkənin təhlükəsizlik qüvvələri tərəfindən dağıdılması nəticəsində son məlumatlara görə, ölənlərin sayı 129 nəfərə çatıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən bildirib.

Həmçinin 377 nəfərin yaralanması barədə məlumat verilir.

"Müsəlman-Qardaşları" Qahirədə ötən gün namazından sonra yeni çoxmilyonluq etiraz aksiyaları keçirmək niyyətindədir. "Cümə qəzəbi" adlı yürüşlər Qahirənin bütün məscidlərində namazın qılınmasından sonra başlanıb.

Misir ordusu çərşənbə günü səhər saatlarından etibarən Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarlarının etiraz nümayişlərini dağıtmağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti