Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir İ.İzzət/
Şəki sakini avtomaşını arxaya hərəkət etdirərkən azyaşlı uşağı vururaq öldürüb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, avqustun 18-də saat 20:30 radələrində Şəki rayonu Çayqaraqoyunlu kəndinin ərazisində Turan qəsəbə sakini Elxan Məmmədov "Ford" markalı avtomaşını arxaya hərəkət etdirərkən kənd sakini, azyaşlı Kamal Musayevi vurub. Nəticədə uşaq hadisə yerində ölüb.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.