...

Bakıda avtomobil avtobus dayanacağına dəyib: 6 nəfər yaralanıb

Hadisə Materials 26 Avqust 2013 13:58 (UTC +04:00)
Binə qəsəbəsində iki avtomobilin toqquşması, daha sonra onlardan birinin avtobus dayanacağına girməsi 6 nəfərin xəsarət alması ilə nəticələnib.
Bakıda avtomobil avtobus dayanacağına dəyib: 6 nəfər yaralanıb

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İ.İzzət/

Binə qəsəbəsində iki avtomobilin toqquşması, daha sonra onlardan birinin avtobus dayanacağına girməsi 6 nəfərin xəsarət alması ilə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsinin ərazisində Bakı şəhər sakini Fəqan Ədilov idarə etdiyi "Mercedes" markalı avtomaşını qarşıda hərəkət edən həmyerlisi Fazil Balamiyevin idarə etdiyi "VAZ-21011" markalı avtomaşına vurub, sonradan isə avtobus dayanacağına dəyib.

Nəticədə xəsarət almış F.Ədilov və dayanacaqda olan Cəlilabad rayon sakinləri Xəqani Balaşov, Mirzə Nəsirov, Bəhruz Mehdiyev, Emil Cümşüdov və Şədulla Əliyev xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti