Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İzzət/
Yanıq xəsarəti ilə xəstəxanaya gətirilmiş Şamaxı rayonunun azyaşlı sakini orada ölüb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, avqustun 26-da Şamaxı rayonunun Mərzəndiyə kənd sakini, azyaşlı Nəsimi Mütəllimov Şamaxı Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Nəsimi Mütəllimov iki gün əvvəl, avqustun 24-də xəstəxanaya yanıq xəsarəti ilə gətirilmişdi.