Bakıda avtobusda yanan Gürcüstan vətəndaşları xəstəxanada ölüblər

Hadisə Materials 27 Avqust 2013 12:52 (UTC +04:00)
4 gün əvvəl Bakıda avtobusun yanması nəticəsində yanıq xəsarətləri almış Gürcüstanın iki vətəndaşı xəstəxanada ölüblər.
Bakıda avtobusda yanan Gürcüstan vətəndaşları xəstəxanada ölüblər

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İzzət/

4 gün əvvəl Bakıda avtobusun yanması nəticəsində yanıq xəsarətləri almış Gürcüstanın iki vətəndaşı xəstəxanada ölüblər.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, avqustun 23-də Bakıda "Mercedes" markalı avtobusun yanması nəticəsində yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmiş Gürcüstan vətəndaşları Təyyar Hümbətov və Vidadi Qasımov avqustun 26-da orada ölüblər.

Qeyd edək ki, 47 yaşlı Təyyar Hümbətov və 57 yaşlı Vidadi Qasımov avqustun 23-də Bakıda Sabunçu rayonu ərazisində, Bakıxanov qəsəbəsində, Sülh küçəsində yerləşən Sabunçu rayon İcra Hakimiyyətinin qarşısında Bakıdan-Gürcüstana gedən ikimərtəbəli sərnişin avtobusunun qəfil yanması nəticəsində xəsarət almışdılar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti