...

İki həftə əvvəl itkin düşmüş Şirvan sakinin meyiti tapılıb

Hadisə Materials 28 Avqust 2013 13:10 (UTC +04:00)
Avqustun 15-dən itkin düşmüş Şirvan şəhər sakininin meyiti Şirvan kanalında tapılıb.
İki həftə əvvəl itkin düşmüş Şirvan sakinin meyiti tapılıb

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İ.İzzət/

Avqustun 15-dən itkin düşmüş Şirvan şəhər sakininin meyiti Şirvan kanalında tapılıb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 15-də Şirvan şəhərində yaşayan ruhi xəstə Aydın Əliyev evdən çıxıb, geri qayıtmayıb.

Onun taleyinə dünən aydınlıq gəlib. Avqustun 27-də Aydın Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti Şirvan kanalının Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisindən heçən hissəsində tapılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti