...

Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən mobil telefonlar aşkar edilib

Hadisə Materials 10 Sentyabr 2013 13:04 (UTC +04:00)
Gömrükçülər Azərbaycana qanunsuz yolla gətirilən müxtəlif markalı mobil telefonlar aşkar ediblər.
Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən mobil telefonlar aşkar edilib

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.İzzət/

Gömrükçülər Azərbaycana qanunsuz yolla gətirilən müxtəlif markalı mobil telefonlar aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Trend-ə veriən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Oruc Əhmədovun idarə etdiyi "VAZ 2106" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı həmin nəqliyyat vasitəsinin mühərrik yerində 10 ədəd "Nokia 206", 7 ədəd "Samsung Galaxy Y Duos" və 4 ədəd "Samsung Galaxy S Duos" markalı mobil telefonlar, sürücünün oturacağının üstündəki döşəkçənin içərisindən isə 16 ədəd müxtəlif markalı mobil telefonlara aid karton qutular aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti