Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir T.Cəfərov/
Bu gün İranın Xuzistan əyalətinin Hüseyniyə şəhərində 4,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoqrafiya Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 05:11-də, 18 km dərinlikdə qeydə alınıb.
İnsan tələfatı və dağıntılar barədə hələlik məlumat yoxdur.