...

Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb

Hadisə Materials 23 Sentyabr 2013 15:02 (UTC +04:00)
Bakının Şüvəlan qəsəbəsində 100 və 21 saylı sərnişin avtobuslarının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində 100 və 21 saylı sərnişin avtobuslarının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Onlar tərəfindən hadisə yerində zərərçəkən 3 şəxsə tibbi yardım göstərilib. Zərərçəkənlər Sabuncu rayonundakı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan isə Trend-ə bildiriblər ki, xəstələr müxtəlif dərəcəli travmalar alıb. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti