...

Ötən gün Azərbaycanda 12 yol qəzası baş verib

Hadisə Materials 24 Sentyabr 2013 10:44 (UTC +04:00)
Sentyabrın 23-də respublikanın yollarında 12 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar zamanı 2 nəfər ölüb, 19 nəfər yaralanıb.
Ötən gün Azərbaycanda 12 yol qəzası baş verib

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.İzzət/

Sentyabrın 23-də respublikanın yollarında 12 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar zamanı 2 nəfər ölüb, 19 nəfər yaralanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Şöbə rəisi əlavə edib ki, bu məlumat gecə saat 24:00-dək qeydə alınan hadisələri əhatə edir.

Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə isə, sentyabrın 23-də sutka ərazində paytaxtda 3 yol qəzası qeydə alınıb. Qəzalar zamanı 8 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti