...

Xaçmazda ağaca çırpılan avtobus yanıb: 2 ölü

Hadisə Materials 29 Sentyabr 2013 17:38 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Xaçmaz rayonu, Qımılqışlaq kəndində 1968-ci il təvəllüdlü Şakir Xankişiyev Balaəhməd oğluna məxsus "Ford" markalı mikroavtobus ağaca çırpılması nəticəsində yanğın baş verib. Nəticədə mikroavtobusun salonu yanıb.
Xaçmazda ağaca çırpılan avtobus yanıb: 2 ölü

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Xaçmazda avtobus ağaca çırpılaraq yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Xaçmaz rayonu, Qımılqışlaq kəndində 1968-ci il təvəllüdlü Şakir Xankişiyev Balaəhməd oğluna məxsus "Ford" markalı mikroavtobus ağaca çırpılması nəticəsində yanğın baş verib. Nəticədə mikroavtobusun salonu yanıb.

Qəza nəticəsində sürücü Ş.Xankişiyev və avtobusda olan 1 nəfər sərnişin 1972-ci il təvəllüdlü Süracəddin Ramazanov Ramazan oğlu aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Meyitlər yanğınsöndürənlər hadisə yerinə çatana kimi əhali tərəfindən avtomobildən çıxarılıb, aidiyyəti üzrə təhvil verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti