...

İranın Buşəhr viləyətində zəlzələ baş verib

Hadisə Materials 1 Oktyabr 2013 10:24 (UTC +04:00)
Bu gün İranın Buşəhr vilayətinin Borazcan şəhərində 4,2 bal gücündə zəlzələ baş verib.
İranın Buşəhr viləyətində zəlzələ baş verib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir T.Cəfərov/

Bu gün İranın Buşəhr vilayətinin Borazcan şəhərində 4,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat verir.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoqrafiya Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 03:14-də qeydə alınıb.

İnsan tələfatı və dağıntılar barədə hələlik məlumat yoxdur.

Borazcan şəhəri Buşəhrin 65 kilometr şimal-şərqində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti