...

Gəncədə UAZ ulaqla birgə yandı

Hadisə Materials 6 Oktyabr 2013 20:58 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, axşam saat 19:00 radələrində Gəncənin N.Nərimanov prospekti ilə Göygöl istiqamətində hərəkətdə olan UAZ markalı avtomobil ani olaraq yanıb.
Gəncədə UAZ ulaqla birgə yandı

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, axşam saat 19:00 radələrində Gəncənin N.Nərimanov prospekti ilə Göygöl istiqamətində hərəkətdə olan UAZ markalı avtomobil ani olaraq yanıb. Yanğınsöndürənlər alovun ətraf ərazilərə yayılmasının qarşısını alsalar da, avtomobil tamamilə yanıb.

Sürücü - Samuxun Sərkar kənd sakini kəlbəcərli məcburi köçkün Musa Ömrümov yüngül yanıq xəsarətləri alsa da, maşının yük yerində olan ulaq yanaraq tələf olub.

Yanğının başvermə səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti