...

Seçki günü həbsxanaya narkotik maddə keçirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 10 Oktyabr 2013 12:29 (UTC +04:00)
Penitensiar xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Seçki günü həbsxanaya narkotik maddə keçirilməsinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İ.İzzət/

Penitensiar xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 9-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Vidadi Adil oğlu Qədimova vətəndaş Fuad Sovet oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı "Çempion" çay qutusunun içərisindən 2 (iki) ədəd sellofana bükülərək gizlədilmiş ayrı-ayrılıqda xalis çəkisi 2,58 qram və 17,49 qram narkotik maddə - qurudulmuş marixuana və 1 (bir) ədəd sellofana bükülmüş xalis çəkisi 6,114 qram olan kustar üsulla hazırlanmış narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Vidadi Qədimov Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adamöldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə) maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti