...

Bakıda minik avtomobili aşdı (VİDEO)

Hadisə Materials 7 Noyabr 2013 14:23 (UTC +04:00)
Bakıda əsas prospektlərdən birində minik avtomobili ötmə əməliyyatını həyata keçirərkən ağır yol qəzası baş verib.
Bakıda minik avtomobili aşdı (VİDEO)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bakıda əsas prospektlərdən birində minik avtomobili ötmə əməliyyatını həyata keçirərkən ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, minik avtomobilinin sürücüsü qarşıdakı maşını sağ tərəfdən ötmək istəyərkən aşaraq yolun digər tərəfinə düşüb.

Trend bu və digər qəzaların videogörüntülərini təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırır.

Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində Bakıda 755 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalar zamanı 258 nəfər ölüb, 777 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Video Player

Məqalədə:
Xəbər lenti

Xəbər lenti