Kabildə güclü partlayış baş verib

Hadisə Xəbər 16 Noyabr 2013 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Kabildə güclü partlayış baş verib.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, hadisə gələn həftə Əfqanıstan və ABŞ-ın hökumət nümayəndələrinin təhlükəsizlik sahəsində əməkdaşlığa dair müzakirələr aparacağı düşərgənin yaxınlığında qeydə alınıb.

Yerli polisin nümayəndələri bildiriblər ki, partlayış nəticəsində xəsarət alanlar var. Lakin onlar yaralıların dəqiq sayını dəqiqləşdirməyiblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti