...

Gəncədə “VAZ" “ZİL”ə çırpılıb

Hadisə Materials 18 Noyabr 2013 13:54 (UTC +04:00)
Bu gün saat 13:00 radələrində Gəncənin Nəriman Nərimanov prospektində iki avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Gəncədə “VAZ" “ZİL”ə çırpılıb

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Bu gün saat 13:00 radələrində Gəncənin Nəriman Nərimanov prospektində iki avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Samux rayonu Zazalı kənd sakini 22 yaşlı Ramal Verdiyevin idarə etdiyi "VAZ 21011" markalı avtomobil arxadan Elşən Həsənova məxsus "ZİL" markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində "VAZ"-ın sərnişini yüngül bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

"ZİL" markalı yük maşını Gəncə şəhər Təmizlik İdarəsinə məxsus olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti