...

Kosta-Rikada qatarların toqquşması nəticəsində 57 nəfər xəsarət alıb

Hadisə Materials 28 Noyabr 2013 12:41 (UTC +04:00)
Bu gecə Kosta-Rikanın Pavas şəhərində iki sərnişin qatarının toqquşması nəticəsində 57 nəfər xəsarət alıb.
Kosta-Rikada qatarların toqquşması nəticəsində 57 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Bu gecə Kosta-Rikanın Pavas şəhərində iki sərnişin qatarının toqquşması nəticəsində 57 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS yerli KİV-ə istinadən xəbər yayıb.

Hadisə yerində Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları çalışırlar. Ağır dərəcədə xəsarət alan sərnişinlərdən 17-si yerli hospitala göndərilib. Digər yaralılara hadisə yerində tibbi yardım göstərilib.

Kosta-Rikanın Dəmiryol İnstitutunun nümayəndələri hesab edirlər ki, qəzaya səbəb telefon rabitəsindəki nasazlıqla bağlı dəmiryol dispetçerlərinin hərəkətinin razılaşdırılmaması olub.

Qarşı-qarşıya hərəkət edən qatarların maşinistləri təcili tormozlama tətbiq etsələr də, toqquşmadan qaçmaq mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti