...

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşandan sonra mağazaya çırpılıb, xəsarət alanların kimliyi bəlli oldu (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 5 Dekabr 2013 10:35 (UTC +04:00)
Bakıda sərnişin avtobusunun iştirakı ilə qəza baş verib.
Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşandan sonra mağazaya çırpılıb, xəsarət alanların kimliyi bəlli oldu (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İ.İzzət/

Bakıda sərnişin avtobusunun iştirakı ilə qəza baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda "Daewoo" markalı avtobus ilə "Qaz" markalı minik avtomobili toqquşub.

Nəticədə sərnişin avtobusu yoldan çıxaraq yol kənarında olan ərzaq mağazasına çırpılıb və deformasiyaya uğrayıb.

Avtobusun sürücüsü isə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (TTTYS) Trend-ə verilən məlumata görə, hadisə Şüvəlan bazarının qarşısında bu gün saat 7:30-da baş verib. Qəza nəticəsində 3 nəfər xəsarət alıb.

Onlardan 23 yaşlı Əliyev Hüseyn, 43 yaşlı Nəcəfov Rafiqin xəsarətləri nisbətən yüngül olduğundan 26 saylı Mərdəkan Xəstəxanasına aparılıb. Vəziyyəti daha ağır olan 26 yaşlı Əmirov Elşən isə 3 saylı Sabunçu Klinik Xəstəxanasına yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti