Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İ.İzzət/
Zorla Bakı şəhər sakininin telefonunu almış Gürcüstan vətəndaşı tutulub.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 25-də Gürcüstan vətəndaşı Vasili Bulbulaşvili metronun "Xalqlar Dostluğu" stansiyasının kecidində Bakı şəhər sakini Xədicə Şahverdiyevaya zor tətbiq edərək onun mobil telefonunu alıb. Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Vasili Bulbulaşvili tutulub.
Faktla bağlı cinayət işi açılıb.