Azərbaycan, Bakı, 29 dekabr /Trend/
Rusiya vətəndaşı Bakıda özünü yandırıb.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Trend-ə verilən birgə məlumata görə, dekabrın 28-də saat 17:40 radələrində paytaxtın Qaraçuxur qəsəbəsindəki 15 saylı evin qarşısında Yeni Günəşli qəsəbəsində kirayədə yaşayan Rusiya Federasiyasının vətəndaşı, 1962-ci il təvəllüdlü Arzu Soltan oğlu Ələkbərov sərxoş halda üstünə benzin tökərək özünü yandırıb.
5 saylı şəhər xəstəxanasına yerləşdirilmiş A.Ələkbərovun vəziyyəti orta-ağırdır. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırmalar aparılır.