...

İranda baş vermiş zəlzələdə bir nəfər ölüb, 12 nəfər yaralanıb

Hadisə Materials 2 Yanvar 2014 09:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 yanvar /Trend müxbir T.Cəfərov/

Bu gün səhər İranın Hörmuzqan əyalətinin Kuxard şəhəri yaxınlığında Rixter cədvəli üzrə 5,5 və 4,3 bal gücündə iki zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.
Zəlzələ nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb. Hörmuzqan əyalətinin Bəstək şəhərində evlərə ziyan dəyib.

Tehran Geofizika Universitetinin Seysmoqrafiya Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 06:43 dəqiqədə baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti