...

Xaçmaz rayonunda ağır yol qəzası üç nəfərin həyatına son qoydu

Hadisə Materials 3 Yanvar 2014 09:50 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmaz rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Xaçmaz rayonunda ağır yol qəzası üç nəfərin həyatına son qoydu

Azərbaycan. Bakı, 3 yanvar/ Trend/

Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmaz rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, yanvarın 3-ə keçən gecə Xaçmaz rayonu ərazisindən keçən magistral yolunda "KAMAZ" markalı yük avtomobili və "OPEL" markalı minik avtomobili toqquşub. Nəticədə, minik avtomobilinin sürücüsü 1988-ci il təvəllüdlü Allahverən Malik oğlu Şükürov, sərnişinləri 1987-ci il təvəllüdlü Vüsal Əzizağa oğlu Şükürov və 1983-cü il təvəllüdlü Amid Yəhya oğlu Seyidov hadisə yerində vəfat ediblər.

Deformasiyaya uğramış avtomobil isə yanmağa başlayıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:02-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti