...

ABŞ-a məxsus hərbi vertolyot İngiltərədə qəzaya uğradı: 4 ölü

Hadisə Materials 8 Yanvar 2014 07:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

İngiltərənin Norfolk bölgəsinin şimalında ABŞ-a məxsus hərbi vertolyotun qəzaya uğraması nəticəsində ən azı 4 nəfər həlak olub.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri hadisə ilə bağlı araşdırma aparıldığını açıqlayıb.

Hazırda "Sikorsky HH-60 Pave Hawk" tipli vertolyotun qəzaya uğradığı əraziyə xilasedicilər cəlb olunub.

Hadisəyə səbəb kimi əlverişsiz hava şəraiti göstərilir.

Hərbi vertolyotun təlim məqsədilə İngiltərədə olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti