...

Naxçıvan sakini polisə xeyli silah-sursat təhvil verib

Hadisə Materials 13 Yanvar 2014 13:27 (UTC +04:00)
Naxçıvan şəhər sakini polisə xeyli silah-sursat təhvil verib.
Naxçıvan sakini polisə xeyli silah-sursat təhvil verib

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İ.İzzət/

Naxçıvan şəhər sakini könüllü olaraq polisə xeyli silah-sursat təhvil verib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Naxçıvan şəhər sakini Zahid Əliyev 1 ədəd "TOZ-18", 1 ədəd "TOZ-12", 2 ədəd "AKMS", 1 ədəd snayper, 1 ədəd "Karabin", 1 ədəd pnevmatik tir tüfənglərini, 1 süngü bıçağı, 3 optik nişangahı, 4 avtomat və 2 snayper patron daraqlarını, 1 çanta və 359 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Naxçıvan MR DİN-in Cinayət-Axtarış Şöbəsinə təhvil verib.

Zahid Əliyev bu qədər silah-sursatı tapdığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti