...

Məhkuma gətirilən qatıqdan mobil telefonlar çıxdı (FOTO)

Hadisə Materials 18 Yanvar 2014 20:21 (UTC +04:00)
Qobustan həbsxanasına mobil telefon aparatlarının keçirilməsi cəhdinin qarşısı alınıb.
Məhkuma gətirilən qatıqdan mobil telefonlar çıxdı (FOTO)

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Qobustan həbsxanasına mobil telefon aparatlarının keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Qobustan həbsxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1; 68.1 və 67.1-ci maddələri ilə azadlıqdan məhrum edilmiş Firdovsi Elşad oğlu Mustafayevə qohumu Rəvan Cəlal oğlu Sevdimovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı "Pal süd" məhsulu olan qabın içində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 2 ədəd "Samsung" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti