...

Məhkumdan mobil telefon götürülüb

Hadisə Materials 24 Yanvar 2014 11:08 (UTC +04:00)
Fakt üzrə araşdırma aparılır.
Məhkumdan mobil telefon götürülüb

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Məhkumdan mobil telefon götürülüb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1; 29, 120.2.11; 181.2.1; 181.2.2; 181.2.4 və 181.2.5 maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş, hazırda Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hesabında olan məhkum Orxan Əmirxan oğlu Xəlilzadənin üzərinə və saxlandığı kameraya baxış keçirilərkən, əynində olan şalvarın yan cibindən daxilində "Nar" danışıq kartı olan 1(bir) ədəd "Samsunq" GT-E2222 markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti