Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İ.İzzət/
Nərimanov rayonunda avtodayanacağın gözətçi otağında meyit tapılıb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 24-də saat 07 radələrində Nərimanov rayonu, A.Neymətulla küçəsindəki avtodayanacağın gözətçi otağında yanğın baş verib.
Yanğın söndürüldükdən sonra oranın gözətçisi Mikayıl Əsədovun üzərində bıçaq xəsarətləri olan yanmış meyiti tapılıb.
Nərimanov Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.