...

İranda güclü zəlzələ olub

Hadisə Materials 27 Yanvar 2014 09:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir T.Cəfərov/

Bu gün səhər saatlarında İranın Sistan və Bəluçistan əyalətinin Zahidan şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytına iribnews-a istinadən məlumat verir.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 06:16-da qeydə alınıb.
Tələfat və dağıntı barədə hələlik məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti