Azərbaycan, Bakı, 27 yanvar /Trend /
Bu gün Şəkidə intihar hadisəsi baş verib.
Trend Kanal S-ə istinadən məlumat verir ki, hadisə Bağbanlar küçəsi döngə 2, ev 21 ünvanında qeydə alınıb.
Şəki sakini, 1960-cı il təvəllüdlü, Manaflı Nemət Şirin oğlu özünü yaşadığı evin həyətində tikilmiş altıaçıqdan asaraq intihar edib. Onun hansı səbəblərdən intihar etdiyi hələlik məlum deyil.
Faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.