Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İzzət/
Keçmiş arvadına odlu silahla xəsarət yetirmiş Ağcabədi sakini tutulub.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, yanvarın 28-də Xətai rayonu E.Süleymanov küçəsində Ağcabədi rayon sakini Kənan Qasımov xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq keçmiş arvadı Naziləyə qol nahiyəsindən xəsarət yetirib.
Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Qasımov tutulub. Ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Faktla əlaqədar cinayət işi açılıb, istintaq aparılır.