...

Gəncədə çay evində bıçaqlanan 20 yaşlı ofisiant qız xəstəxanada ölüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 8 Fevral 2014 14:12 (UTC +04:00)
Bu gün günorta saat 12:00 radələrində Gəncə şəhərində çay evlərinin birində bıçaqlanma hadisəsi baş verib.
Gəncədə çay evində bıçaqlanan 20 yaşlı ofisiant qız xəstəxanada ölüb (ƏLAVƏ OLUNUB)

Yeni məlumat əlavə olunub (ilk xəbər saat 13:56-da yayılıb)

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Bu gün günorta saat 12:00 radələrində Gəncə şəhərində çay evlərinin birində bıçaqlanma hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə zamanı 20 yaşlı şəhər sakini Aytac Əzimi çoxsaylı bıçaq zərbələri alıb.

Yaralı dərhal xəstəxayana yerləşdirilərək əməliyyat edilib. Lakin həkimlərin səyinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Gəncə polisi 20 yaşlı qıza bıçaq zərbələri endirən şəxsi axtarır.

Qeyd edək ki, A.Əzimi həmin çay evində ofisiant işləyirmiş.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti