Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir T.Cəfərov/
Azərbaycanda baş verən zəlzələ İranın Gilan əyalətinin müxtəlif ərazilərində, o cümlədən Astara (İran) şəhərində də hiss olunub. Bu barədə Trend IRİNN xəbər kanalına istinadən məlumat verir.
Məlumata əsasən, Gilan əyalətində zəlzələ Rixter cədvəli üzrə 5,5 bal gücündə hiss olunub.
Zəlzələ nəticəsində insan tələfatı və dağıntı qeydə alımayıb.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 16:07-də Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub. Zəlzələnin maqnitudası 5,70, dərinliyi isə 55 km olub.