...

"Atçılıq mərkəzi"nin müdirinin otağından 2000 manat oğurlayan çapar tutulub

Hadisə Materials 11 Fevral 2014 11:20 (UTC +04:00)
Müəyyən edilib ki, o, oktyabrın 3-ü 2013-cü il tarixdə qeyd olunan yataqxanada yaşayan və atçılq mərkəzdə mehtər işləyən Fuad Musayevin otağından 500 manat pul oğurlayıb.
"Atçılıq mərkəzi"nin müdirinin otağından 2000 manat oğurlayan çapar tutulub

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İ.İzzət/

"Atçılıq mərkəzi"ndən 2000 manat oğurlayan çapar tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 10-da Binə qəsəbəsində yerləşən "Atçılıq mərkəzi"nin müdiri, Bakı şəhər sakini Əhsən Hüseynovun xidməti otağının pəncərəsini sındırmaq yolu ilə, icərisində 2000 manat olan seyfi qarət məqsədi ilə oğurlanıb. Lakin 150 metr kənarda açmağa cəhd olunsa da, bu, mümkün olmayıb.

Xəzər RPİ CAŞ və 1-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən həmin mərkəzdə çapar işləyən və yataqxanasında yaşayan Elvin Məmmədov tutulub.

Müəyyən edilib ki, o, oktyabrın 3-ü 2013-cü il tarixdə qeyd olunan yataqxanada yaşayan və atçılq mərkəzdə mehtər işləyən Fuad Musayevin otağından 500 manat pul oğurlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti