...

Qubada sığorta şirkətinin binasında yanğın olub

Hadisə Materials 13 Fevral 2014 22:22 (UTC +04:00)
Qubada sığorta şirkətinin binasında yanğın baş verib.
Qubada sığorta şirkətinin binasında yanğın olub

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Qubada sığorta şirkətinin binasında yanğın baş verib.

Trend Regional TV-yə istinadən məlumat verir ki, bu gün axşam saatlarında Quba şəhəri, Əliqulu Nərimanov prospektində yerləşən "Standart" Sığorta Şirkətinin binasında yanğın baş verib.

Alov 96 kvadratmetrlik 1 mərtəbəli binanın tavanının 1 kvadratmetrini əhatə edib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın məhdudlaşdırılıb, alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti